“Suriya xalqı yaşanılan böhranda və münaqişədə itirdi, qazananın kimlər olduğunu hamımız yaxşı bilirik”
Bunu Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin keçirdiyi üçtərəfli birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Nə Suriyanın, nə də bölgəmizin gələcəyinin 3-5 terror qruplaşmasının əlində qalmasına icazə verməyəcəyik”, – Türkiyə lideri vurğulayıb.
“Suriyanın bütövlüyünün hər kəs tərəfindən tanınmasını istəyirik”, – H.Ruhani deyib.
Rusiya prezidenti üçtərəfli görüşün əhəmiyyətindən danışaraq qeyd edib: “Münaqişə başa çatdıqdan sonra Suriyanın infrastrukturunun və sosial obyektlərinin bərpasını birgə həyata keçirmək barədə razılığa gəlmişik”.
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Suriyanın şimalına 160 min sakin geri qayıdıb: “Türkiyədəki suriyalı qaçqınlara 30 milyard dollar xərcləmişik. Ancaq Avropa İttifaqının bizə boyun olduğu 3 milyard dollardan hələ də bir xəbər yoxdur. Afrin əməliyyatında Rusiya və İran bizi dəstəkləyib. Bizim müdafiə nazirlərimiz, kəşfiyyat xidmətlərimiz və baş qərargah rəislərimiz bu əməliyyatda birgə iştirak edib”.
MilliYol.Az
Digər xəbərlər
loading...