"Arrow" və "Teen Wolf" seriallarının ulduzu, 28 yaşlı Kolton Haynes "Out" jurnalına sensasiyalı müsahibə verib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, ilk dəfə həyatındakı faciədən danışıb:
"14 yaşım olanda homoseksual olduğumu ailəmə və dostlarıma söyləməyə qərar verdim. Ancaq atam bu həqiqəti öyrənincə çoxlu dərman içərək özünü öldürdü. Atamın ardından uzun müddət özümü günahlandırdım və "necə oldu ki, belə bir şeyi söylədim" deyə fikirləşdim. Bu səbəbdən homoseksual olduğumu uzun müddət hamıdan gizlədim".
Atası ilə heç bir zaman yaxın olmadığını, ancaq bu hadisəyə görə uzun zaman depressiyada qaldığını deyən ulduz "17 yaşımda aktyor olmaq üçün Los-Ancelesə gəldim. Uğur qazanmaq üçün homoseksual olduğumu hər kəsdən gizlədim" deyib.
Homoseksual olduğunu ilk dəfə may ayında "Entertainment Weekly" jurnalına açıqlayan Haynes artıq gizlənməyə ehtiyacının qalmağını deyir. O, "Out" jurnalının üz qabığındakı fotonu paylaşaraq yazıb:
"Bu günün gələcəyini heç düşünməzdim. Göz yaşları içindəyəm və çox xoşbəxtəm".
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...