Fransada həyatına sui-qəsd olunmuş kriminal avtoritet Rahim Namazov (ləqəbi “Şəkinski”) sağalıb və özünü yaxşı hiss edir
Virtualaz.org “İpəkçi” qəzetinə istinadən xəbər verir ki, Fransa KİV-lərinə müsahibəsində Namazov həyatına təhlükə mövcud olduğu üçün özünü təhlükəsizlikdə hiss edə bilmədiyini deyib. Bununla birlikdə, o, kriminalla heç bir əlaqəsinin olmadığı qeyd edib.
Xatırladaq ki, Rahim Namazovun və həyat yoldaşının olduğu “Audi” markalı avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub. Ümumilikdə, maşına 7 dəfə atəş açılıb. Aldığı güllə yaralarından qadın dünyasını dəyişib.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Rahim Tofiq oğlu Namazov 2010-cu ildə Fransaya köçüb. Bu yaxınlarda internetdə yayılmış videoyazıda Rahim Namazov kriminal avtoritet Nadir Səlifovu (Lotu Quli) təhqir edib.
Digər xəbərlər
loading...