ABŞ Suriyada yeni irimiqyaslı müharibəyə çevriləcək münaqişənin əsasını qoyur
Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya ordusu Baş Qərargah rəisi müavini general-polkovnik Sergey Rudskoy çıxış edib. Onun sözlərinə görə, Vaşinqton Suriyanın parçalanması kursunu götürüb. Moskvada keçirilən beynəlxalq təhlükəsizlik üzrə kondfransda çıxış edən müdafiə naziri Sergey Şoyqu beynəlxalq koalisiyanın qarşısına terrorçuları məğlub etmək missiyası qoymadığını deyib. Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinin əsas hədəfi regionda vəziyyəti qarışdırmaq və öz iqtisadi və hərbi mövcudluğunu təmin etməkdir.
Konfransda verilən hesabata görə, Rusiya və İran Suriyada keçirilən əməliyayt müddətində 65 min silahlı məhv ediblər. 1245 yaşayış məntəqəsi, 113 min kvadrat kilometr ərazi azad olunub. 6500 hektar ərazi minalardan təmizlənib.
Digər xəbərlər
loading...