ABŞ prezidenti "Youtube"un binasında baş verən qətliamdan yazdı
Ağ Ev sözçüsü Sara Sanders "Youtube"un binasında törədilən qətliam barədə ABŞ prezidentinə məlumat verdiyini və hadisələri yaxından izlədiklərini bildirib.
Qaynarinfo-nun xarici mətbuata istinadən məlumatına görə, ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı tvit atıb:
"Kaliforniyanın San Bruno şəhərində "YouTube"un qərargahında törədilən qətliam barədə məlumatımız var. Fikir və dualarımız zərərçəkənlərlədir. Hazırda hüquq mühafizə orqanları hadisə yerindədir. İlkin müdaxilə üçün təşəkkür edirəm".
Digər xəbərlər
loading...