Rejissor Şamil Əliyevin “Çölçü” filmi Rumıniyanın Buxarest şəhərində keçiriləcək beynəlxalq kinofestivalda nümayiş olunacaq.
2016-cı il 20-25 mayda keçiriləcək festival “PAMANTENİ” Birliyi və “Black Sea Arts”ın təşkilatçılığı ilə baş tutacaq. Doqquz ölkənin filmlərinin nümayiş olunacağı kinofestivalın məqsədi dünya xalqlarının mənəvi və mədəni dəyərlərini təbliğ etmək, kinematoqrafın inkişafına yeni meyarlar gətirməkdir.
Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 29 beynəlxalq festival və forumlarda iştirak edib, bir neçə mükafat və diploma layiq görülüb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
"Milli Yol"
Digər xəbərlər
loading...