“Bayıl zonasında tikinti aparmaq olmaz”
Baş nazirin müavini Abid Şərifov sürüşmə zonalarında ev tikintisinin qəti qadağan olunduğunu bəyan edib.
APA-nın məlumatına görə, A. Şərifov bildirib ki, Nazirlər Kabineti 3 il əvvəl sürüşmə zonaları ilə bağlı qərar verib: “Ümumiyyətlə, istər Abşeronda, istər Azərbaycanın başqa bölgələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri tərəfindən sürüşmə zonaları müəyyən edilib və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Tapşırılıb ki, sürüşmə zonalarında tikinti aparmaq olmaz, bu, qəti qadağandır. Nəticəsi də göz qarşısındadır. Bayıl zonasında tikinti aparmaq olmaz”.
Digər xəbərlər
loading...