ABŞ YPG silahlılarının nəzarətində olan Suriyanın Mənbic bölgəsində iki hərbi baza yaradacaq
APA-nın xəbərinə görə, bu barədə “Anadolu” mənbələrinə istinadən bildirilir.
Qeyd edək ki, 2016-cı ilin iyununda Mənbic şəhəri üzərində nəzarət İŞİD-dən YPG kürd silahlı qruplaşmasına keçdikdən sonra ABŞ kürd dəstələrinin şəhərdən çıxarılmasını təmin edəcəyini Ankaraya vəd edib. Lakin Vaşinqton indiyədək vədini yerinə yetirməkdən boyun qaçırır.
Məlumata ABŞ bazalarından birini Mənbicdən şimalda, Dadat yaşayış məntəqəsi yaxınlığında inşa etmək niyyətindədir. Həmin əraziyə xeyli sayda tikinti texnikasının cəlb edildiyi bildirilir.
İnşa edilən bazanın Mənbici Türkiyənin nəzarətində olan Cerablusdan ayıran Sacu çayından 8 km aralıda yerləşir.
İkinci baza Daday kəndindən cənubda, Türkiyənin nəzarətindəki zonadan 4 km aralıda yerləşəcək.
Digər xəbərlər
loading...