Azərbaycan ordusunun şəhid olan əsgəri İbrahim Mənəfovun medalı Neftçalada ailəsinə təqdim edilib
“Report”un Aran bürosu xəbər verir ki, təqdimolunma mərasimi Neftçala Rayon İcra Hakimiyyətində keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış ediblər. Onlar cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində şəhid olan və rayonun Bankə qəsəbəsindəki Seyidlər qəbristanlığında dəfn edilən İbrahim Mənəfovun daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.
Daha sonra şəhidin təltif edildiyi “Fərqlənməyə görə 3-cü dərəcəli” medal onun anası Yasəmən Mənəfova təqdim olunub. Sonra şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov Aviasiya Akademiyasını bitirdikdən sonra Neftçala rayonundan hərbi xidmətə yola salınıb. O, bu il yanvarın 19-dan 20-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində 23 yaşında şəhid olub.
Digər xəbərlər
loading...