Prezident İlham Əliyev Qəbələ rayonuna səfərə yollanıb.
MilliYol.Az xəbər verir ki, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə İlham Əliyevə məlumat verib.
Ölkə başçısı daha sonra Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib. Prezident, həmçinin Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...