Daxili İşlər Nazirliyi Sumqayıtda 24 saylı orta məktəbin qarşısında uşaq oğurluğu ilə bağlı sosial şəbəkədə yayılan videogörüntüyə münasibət bildirib
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə yayılan məlumatın tam əsassız olduğunu bildirib: “Bu cür məlumatlar əhali arasında panika yaymaq məqsədi güdür. Nəinki Sumqayıtda, respublikanın heç bir bölgəsində orta məktəblərdə, heç bir yerdə adam oğurluğu qeydə alınmayıb. Görüntülərin ictimailəşməsindən sonra videonun çəkildiyi ehtimal edilən həmin orta məktəbin direktoru Sumqayıt Polis İdarəsinə dəvət olunub. Direktor izahatında bildirib ki, rəhbərlik etdiyi məktəbdə belə bir hal olmayıb, yayılan məlumatlar şayiədir. Vətəndaşlar bu cür təxribatlara uymamalıdır. Vətəndaşlar qarşılaşdıqları qanun pozuntusu, kriminal hadisə barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, eləcə də aidiyyatı üzrə polis orqanlarına məlumat versinlər”.
Xatırladaq ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 24 saylı orta məktəbin qarşısında bir nəfərin uşaqları oğurlaması barədə səs yazıları və videokadrlar yayılıb.
Təhsil Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.
Digər xəbərlər
loading...