Rusiyada çoxprofilli “Summa” şirkətlər qrupunun sahibi, “Forbes”in siyahısından milyarder-oliqarx Ziyavuddin (yaxud Ziya) Maqomedovun qəfil həbsi Kremldə hakimiyyətdaxili siyasi klanların bir-biri ilə mübarizəsinin nəticəsidir
Virtualazorg xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.
Ziya Maqomedov və qardaşı Maqomed Maqomedov, habelə “Summa” şirkətlər qrupunun direktorlar şurasının sədri, bakılı menecer Leyla Məmmədzadə də daxil olmaqla bir qrup şəxs ötən həftə korrupsiyada, mənimsəmədə, talançılıqd ittiham olunaraq saxlanılıblar. Bu “oliqarx əməliyyatı” Rusiyada böyük rezonans doğurub, rublun kursuna təsir edib və hakimiyyətdaxili proseslər barədə çoxsaylı ehtimallar doğurub. Belə ki, Ziya Maqomedov baş nazirin müavini Arkadi Dvorkoviçin yaxın dostudur, habelə baş nazir Dmitri Medvedyevə yaxındır. Başqa sözlə, hakimiyyətdəki liberal cinahın adamıdır.
“The Times” qeyd edir ki, baş nazirin komandasında olan maqnat Maqomedov onun müavini Dvorkoviçlə tələbə yoldaşı olub. Son vaxtlar yayılan məlumatlara görə Dvorkoviç hökumətin yeni tərkibində yer almayacaq.
“Medvedyev Putinin sadiq müttəfiqi hesab edilir. Lakin onun postu təhlükə altında qala bilər, çünki hakim siyasi elita daxilində fraksiyalar yeni seçilmiş prezidentin mayın 7-nə təyin edilmiş inauqurasiyası ərəfəsində bir-birləri ilə mübarizəni gücləndiriblər. Gözlənilir ki, mübarizə şiddətlənəcək, çünki Putin 2024-cü ildə onu əvəzləyə biləcək varis axtarışındadır”-qəzet yazır.
Qəzetin yazdığına görə indiki halda Maqomedovun vurulmasının arxasında “Rosneft”in prezidenti, Kremlin qüdrətli “boz kardinalı” İqor Seçin dayana bilər. Çünki Maqomedov Seçinlə münaqişədə idi.
“Əlbətdə, Dvorkoviçin və Medvedyevin adamını bu cür sərt formada həbs edirlərsə deməli kimlərsə kadr məsələsinə açıq təsir göstərmək istəyir. Və aydındır ki, baş nazirin imicinə zərbə dəyib. Hərçənd Medvedyevin yenidən baş nazir təyin ediləcəyi ehtimal edilir, amma elitadakı digər qruplar ola bilsin başqa planlar qurub”-rusiyalı siyasi analitik Yevgeni Minçenko qəzetə deyib.
Digər siyasi analitik Mixail Vinoqradov bu həbsi Medvedyev üçün sınaq adlandırıb.
“Versiyalardan birinə görə Maqomedova qarşı Seçin işləyir”-qəzet Rusiyadakı mənbələrə istinadən yazır.
Digər xəbərlər
loading...