“Bu gün Avropada gedib Azərbaycanı söyənlərin əksəriyyəti ora oxumağa gedən gənclərdir. Vaxtı ilə burdan ora oxumağa göndərdiklərimizdir”
APA-nın məlumatına görə, bunu deputat Eldar İbrahimov in bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, bu həmin gənclərin böyük yanlışlığıdır: “Bir var erməni danışır, bir də var azərbaycanlılar. Həmkarımız Adil Əliyev tədbir keçirərkən orada baş verənləri gördüm, təəssüf etdim. Onlar kimdir? Vaxtilə bizim ora təhsil almaq üçün göndərdiyimiz şəxslərdir. Təbii ki, bizim də nöqsanlarımız var. Heç bir dövlət nöqsansız deyil. Təkcə deputatlar yox, hər kəs belə çirkin, alçaq insanların cavabını verməlidir. Mən Azərbaycanı təhqir edənlərə “ar olsun!” deyirəm”.
Deputat Ağacan Abıyev isə deyib ki, Azərbaycanı təhqir edənlərə azərbaycanlı adını qoymaq düzgün deyil: “Onlar azərbaycanlı deyillər, Azərbaycanın düşmənləridir. Hər bir azərbaycanlı onlara “lənət” deməlidir”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ölkə prezidentinin, Azərbaycan hakimiyyətinin ünvanına səslənən təhqirlərin xalqa ünvanlandığını hamı bilməlidir: “Bu məsələdə həmrəy olmalıyıq. Azərbaycanlı olmağın tək şərti burada doğulub böyümək deyil. Bəzi insanlar azərbaycançılıq təfəkküründən uzaqdırlar. Avropada da hazırda Azərbaycanın milli-mənəvi maraqlarından uzaq olanlar var. Bizim həmrəyliyimiz də bu məsələdə ölkəyə, ölkə prezidentinə, xalqa, dövlətə sədaqətimizi göstərərək təhqirlərlə barışmayan mövqeyimizin olmasını göstərir. Bu məsələdə hər kəsin mövqeyi xalqın mövqeyi deməkdir. Spiker Oqtay Əsədov da bildirib ki, onlar Azərbaycan xalqına xas olan xüsusiyyətlərə malik insan deyillər, çünki bizim xalq mərddir”.
Digər xəbərlər
loading...