Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra qısa müddət ərzində qurumda mühüm dəyişikliklər etdi. Xüsusən də sabiq nazir Fazil Məmmədova yaxın bütün yüksək rütbəli məmurları nazirlikdən kənarlaşdırdı
Mia.az-a daxil olan məlumata görə, Mikayıl Cabbarov kütləvi işdənçıxarmadan sonra ixtisarlara da başlayıb. Belə ki, bir neçə gün öncə nazirin əmri ilə ixtisarlara başlanılıb. Bu dəfə ixtisarlara düşənlər Vergilər Nazirliyinin nəzdində büdcədənkənar fond hesablı müfəttişlər olub.
Verilən məlumata görə, 20-yə yaxın vergi müfəttişi işdən kənarlaşdırılıb. O da bildirilir ki, Büdcədənkənar fond hesablı müfəttişlər sırasından növbəti ixtisar gözlənilir. Artıq növbəti ixtisar üçün bir qurup müfəttişin ərizəsi alınıb. Onların seçkidən sonra ixtisara salınacağı bildirilir.
Digər xəbərlər
loading...