İker Kasilyas karyerasındakı 1000-ci matçına çıxıb
MilliYol.Az apasport.az-a istinadən xəbər verir ki, İspaniya millisinin keçmiş qapıçısı Portuqaliya Premyer Liqasının 28-ci turunda "Porto"nun heyətində "Belenseş"lə oyunda yubileyini rəsmiləşdirib.
Karyerası ərzində sadəcə "Real" və "Porto"da oynamış 37 yaşlı qapıçı İspaniyanın da müxtəlif yaş qruplarından ibarət milli komandalarında forma geyinib.
Maraqlıdır ki, Türkiyə millisinin keçmiş qapıçısı Volkan Dəmirəl də ötən gün yubiley oyunu keçirib. "Çərçivə" qoruyucusu "Kayserspor"la oyunda "Fənərbaxça" forması ilə 500-cü görüşünə çıxıb.
Digər xəbərlər
loading...