Hollivudun daha bir ulduz cütlüyü boşanıb
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 37 yaşlı aktyor Çenninq Tatumla xanımı Cenna Dyuenn-Tatum 9 illik ailə həyatlarına son qoymaq qərarına gəliblər. Bu barədə onlar birgə açıqlama yayıblar:
“Biz bir neçə il əvvəl bir-birimizi çox sevdik. Məhz həmin vaxt bizim uzun evlilik səyahətimiz başladı. Bir-birimizə münasibətimizdə heç nə dəyişməyib. Aramızda heç bir mübahisə, insident yaşanmayıb. Bizim gizlədiyimiz heç nə yoxdur. Sadəcə iki dost kimi başa düşdük ki, bundan sonra həyatımızı ayrı-ayrılıqda yaşamalıyıq. Biz ailə olaraq qalırıq və hər zaman da öz sevimli Everlimiz üçün sevimli, qayğıkeş valideyn olaraq qalacağıq”.
Qeyd edək ki, Çenninq Tatumla Cenna Dyuenn-Tatum 2006-cı ildə çəkildikləri “İrəli addımla” (“Step up”) filminin çəkilişi zamanı tanış olublar. Üç il sonra ailə quran cütlüyün 2013-cü ildə qızı dünyaya gəlib.
Digər xəbərlər
loading...