Azərbaycan prezidenti İlham Əliyev Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb
APA-nın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq edilib.
Bakı Nəqliyyat Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
illik maliyyə hesabatlarının təsdiq edilməsi;
icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edin əqdin bağlanmasına razılıq verilməsi;
Agentliyin yenidən təşkil və ləğv edilməsi;
Agentliyə:
inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
strukturunun təsdiqi.
Müəyyən edilib ki, Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1.000.000 (bir milyon) manat təşkil edir; Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Fərmanla əlaqədar Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilib.
MilliYol.Az
Digər xəbərlər
loading...