Aparıcı-jurnalist Ceren Akdağ illər sonra maraqlı etiraflar edib
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcı qonağı olduğu verilişdə təcavüzə uğradığını deyib:
“Televiziyada işləyərkən cinsi təcavüzə məruz qaldım. Bununla bağlı hətta müalicə aldım. Bir müddət bu vəziyyəti özünə izah edə bilmirsən. Yaxın dostlarınla belə bunu paylaşa bilmirsən. Özünü günahkar hesab edirsən. Bir vaxtlar çalışdığım insan idi və onun bunu edəcəyinə inanmadım. Əlimdə stəkan var idi. “Bir də bunu etsən, stəkanı başında sındıracağam” dedim. Həmin gün canlı efirə çıxmadım və o adamla bir daha qarşılaşmadım. Lazımi cəzasını aldı”.
Digər xəbərlər
loading...