2017-ci ilin yanvarında, yeni seçilmiş ABŞ prezidenti Donald Trampın inauqurasiya mərasiminə bir neçə gün qalmış Seyşel adalarında baş tutmuş görüşün daha bir sirri açılıb
Virtualaz.org xəbər verir ki, həmin vaxt Trampın seçki kampaniyasının əsas müşavirlərindən biri, “Blackwater” özəl hərbi şirkətinin əsasını qoyan qalmaqallı biznesmen, keçmiş dəniz piyadaları zabiti Erik Prinsin görüşdüyü rusiyalı nüfuzlu şəxs prezident Vladimir Putinin ailəsinə çox yaxın biri imiş. Bu barədə “The Financial Times” yazır. (“İnopressa.ru”)
Xəbər verildiyi kimi həmin görüşdə Rusiya tərəfdən birbaşa investisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edib. Tərəflər Trampla Rusiya arasında gizli əlaqə kanalının yaradılmasını müzakirə ediblər. Hansı ki, bu kanal Amerika xüsusi xidmət orqanlarının nəzarətindən kənar olmalı idi. Hazırda Seyşel adalarındakı həmin məxfi görüş xüsusi prokuror Robert Müllerin komandası tərəfindən araşdırılır.
Qəzet yazır ki, həmin Kirill Dmitriyevin arvadı Putinin kiçik qızının çox yaxın rəfiqəsidir. Bunu Dmitriyevə yaxın azı altı mənbə təsdiqləyib. Belə ki, Dmitriyevin arvadı Natalya Popova Moskva Dövlət Universitetində Putinin qızı Yekatrina Tixonova ilə eyni vaxtda oxuyub. Hazırda isə onun “İnnopraktika” texnologiya fondunun rəhbərinin müavinidir.
Məhz arvadı ilə prezidentin qızı ilə bu yaxın münasibətlərin sayəsində Dmitriyev dövlət fondunun rəhbəri vəzifəsinə təyinat alıb və Kremlin qüdrətli fiquruna çevrilib. Dmitriyev özü də “İnnopraktika” fondunun hamilər Şurasının üzvüdür, habelə “Sibur” şirkətinin direktorlar şurasına üzv olub. Həmin şirkətdə rəhbər vəzifəni Tixonovanın əri Kirill Şamanov tutur.
Mənbələr Dmitriyevi “ailənin tərkib hissəsi” adlandırıb və onun karyera yüksəlişinin bununla bağlı olduğunu deyib.
Digər xəbərlər
loading...