Bakı və Abşeron yarımadasında aprelin 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 15-20, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Aprelin 3-ü günün ikinci yarısı qərb rayonlarından başlayaraq, aprelin 5-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.
Digər xəbərlər
loading...