“Teleqüllə” sürüşmə sahəsində aktivlik müşahidə edilməyib”
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib. O bildirib ki, Zığ sürüşmə sahəsi, Masazır qəsəbəsi – “Zəli gölü” adlanan ərazi və Nübar qəsəbəsi sürüşmə sahəsində atmosfer yağıntılarının və texnogen amillərin təsirindən aktivlik qeydə alınıb.
Astarada Kijəbə və Miki sürüşmə sahələrində nisbi aktivlik baş verib. Lənkəran – Lerik yolunun 17-19 və 27-29-cu kilometrliklərində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olunub. Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyi sürüşmə sahəsi də atmosfer yağıntılarının təsirindən aktivləşib. Lerik-Qosmalyon-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsinin dinamikasında nisbi aktivlik müşahidə edilib. Lənkəranda Gəgiran sürüşmə sahəsi atmosfer çöküntülərinin təsirindən aktivləşib və bir neçə yerdə yeni sürüşmə və uçqun sahələri yaranıb. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci kilometrliyi sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunmaqdadır. Masallıda Güllütəpə və Zuvand sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən aktivləşmə qeydə alınıb. Masallı- Yardımlı yolunun 13-15, 7-16, 24-26 kilometrliklərində müşahidələr zamanı sürüşmə sahəsinin dinamikasında aktivlik baş verib. Cəlilabadda Sadatlı sürüşmə sahəsi aktivləşib. Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində sürüşmə sahəsinin parametrləri atmosfer yağıntılarının təsirindən artıb”, – deyə ekspedisiya rəisi vurğulayıb.
Ə. Qaralovun sözlərinə görə, Xızı-Altıağac avtomobil yolunun 1-ci km-i sürüşmə sahəsi aktivlik qeydə alınıb, avtomobil yolunun sağ və sol hissələrində bir neçə yerdə çökmə – oturma prosesi əmələ gəlib: “Bundan başqa, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci kilometrliyi sürüşmə sahəsinin dinamikasında da aktivlik müşahidə olunub. Siyəzəndə Sədan, Şabranda isə Qazbabalı sürüşmə sahələrində aktivlik davam edir. Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyi sürüşmə sahəsi də aktivləşib”.
Ə. Qaralov qeyd edib ki, Şamaxı şəhəri, 48-A məhəlləsi sürüşmə sahəsində qeydə alınmış çatların ölçüləri artıb: “Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb. Sürüşmə sahəsi üzərində olan çatların parametrləri artıb, uçqun-töküntü prosesləri aktivləşib. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib və nəticədə uçqun-töküntü hadisələri müşahidə olunub. Şamaxıda Cabanı, Dədəgünəş sürüşmələri aktivləşib, Muğanlı sürüşmə sahəsində mövcud çatların ölçüləri qismən genişlənib. Ağsuda Qırlar sürüşmə sahəsinin kütləsinin üzərindəki mövcud çatlarda qismən genişlənmələr müşahidə olunub. Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Yol boyu bir neçə yerdə yeni lokal sürüşmə sahələri müşahidə edilib. İsmayıllıda Zərnəva sürüşmə sahəsi aktivləşib, sürüşmə sahəsində mövcud çatların parametrlərində artım qeydə alınıb və sürüşmə sahəsinin sərhədləri genişlənib. İsmayıllıda Xankəndi və İstisu sürüşmə sahələri də aktivləşib”.
Digər xəbərlər
loading...