Beyləqan maliyyə idarəsinin müdiri icra başçısı Vaqif Abdullayevdən narazıdır. Çünki icra başçısı maliyyə idarəsinin müdirinin sələm biznesindən yaxşı qazanc əldə etdiyini önə çəkərək İslam Allahverdiyevin “payını” kəsir
Samir Şərifovun işçisi icra başçısı ilə işləməyin dəhşətli əzab olduğunu, Ədalət Nəbiyevin isə onu aldatdığını deyir.
Beyləqan rayonunda MilliYol.az-a daxil olan məlumada bildirilir ki, rayon maliyyə idarəsinin müdiri İslam Allahverdiyev icra başçısı Vaqif Abdullayevdən narazılıq edir. Buna səbəb isə idarə müdirinin kiçik qazanclara möhtac qalmasıdır. İslam Allahverdiyevin yaxın adamlarının verdiyi məlumatda qeyd edilir ki, icra başçısı Vaqif Abdullayev idarə müdirinə “göz verib işıq vermir”.
Belə ki, Beyləqandan verilən məlumata görə İslam Allahverdiyevin rayonun ən varlı şəxslərindən biri olmasından və sələm biznesindən yaxşı qazanc əldə etməsindən xəbərdar olan icra başçısı idarə müdirinin daim təzyiq altında saxlayır. Məlumata görə rayon büdcə təşkilatlarına ayrılan vəsaitlərdən İslam Allahverdiyevə çatası olan faizləri icra başçısı özü götürür. İcra başçısının bu hərəkəti isə İslam Allahverdiyevi bərk narahat edir. Hətta idarə müdiri tez-tez yaxın qohumlarının yanında Beyləqan maliyyəsinə müdir gəlməkdə böyük səhv etdiyini, 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevin onu aldatdığını və icra başçısı Vaqif Abdullayevlə birlikdə işləməyin çox çətin, əzablı olduğunu dilə gətirir.
Qeyd edək ki, İslam Allahverdiyev uzun müddət “KapitalBank”ın Beyləqan filialının müdiri vəzifəsində işləyib. Yol verdiyi ciddi nöqsanlara görə bankdan işdən çıxarılıb. Ancaq qısa müddət sonra Xocavənd rayon maliyyə idarəsinin müdiri vəzifəsinə təyinat alıb. Adı çəkilən rayonda işlədiyi dövrdə sələm biznesini daha da genişləndirib və demək olar ki, Xocavənd və Beyləqan rayonlarındakı məmurların əksəriyyətinə faizlə sələm verməklə yaxşı qazanc əldə edib.
Saytımıza daxil olan məlumatda vurğulanır ki, İslam Allahverdiyev Xocavənd maliyyə idarəsinin müdiri vəzifəsində işlədiyi vaxt bəzi qalmaqalları ilə tanınıb. Bu qalmaqallardan biri isə məşhur “çəlik” məsələsidir. Həmin vaxt onu hüquq mühafizə orqanlarının əlindən xilas edən isə rayonun baş həkimi Nurəngiz Bəşirovanın olduğu deyilir.
İslam Allahverdiyevin məşhur “çəlik” qalmaqalı ilə bağlı növbəti yazımızda oxucularımızı daha geniş məlumat verəcəyik.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
MilliYol.az
Digər xəbərlər
loading...