Tanınmış türk şairi, ssenarist və aktyor Ülkü Tamer 81 yaşında dünyasını dəyişib
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin ölüm xəbərini ssenarist və şair Barış Pirhəsən yayıb:
“Ülkü Tameri itirdik. Hazırda düşünmək, danışmaq, yazmaq ağlımdan belə keçmir...”.
Ülkü Tamer Bodrumdakı evində vəziyyəti qəfil pisləşərək həyatla vidalaşıb.
Məşhur “Günəş topla mənim üçün” mahnısının da müəllifi olan Tamerin cənazəsi sabah torpağa tapşırılacaq.
Digər xəbərlər
loading...