Ukraynanın Xarkov şəhərində bir neçə gün əvvəl qətlə yetirilən azərbaycanlının meyiti Azərbaycana gətirilib
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü İsmayılov Zaur Hazər oğlunun meyiti Xarkovdan Neftçala şəhərinə gətirilib və bu gün orada dəfn olunacaq.
Qeyd edək ki, hadisə martın 29-da saat 23.00 radələrində Xarkov şəhərinin Lev Landau küçəsi, 26 ünvanında yerləşən azərbaycanlılara məxsus “Ağdam” restoranının qarşısında baş verib.
Məlumatlara görə, “Toyota” markalı avtomobildə əyləşən silahlı şəxslər restorandan çıxan bir qrup insana atəş açıblar. Restorandan çıxan Z.İsmayılov güllə yarası alaraq hadisə yerində ölüb, digər şəxs isə yaralanıb.
Zaur İsmayılovun Xarkov şəhərinin “Barabaşovo” bazarında ticarətlə məşğul olduğu bildirilir.
Qeyd edək ki, ilkin məlumatlarda Z. İsmayılovun əslən Gürcüstanın Borçalı mahalından olduğu açıqlanmışdı.
Digər xəbərlər
loading...