Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib
"Report" xəbər verir ki, 2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı özünü Avtovağzal Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb.
O, açıq kəllə-beyin travması alıb və ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Ş.Ağazadə Avtovağzal Ticarət Mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə dünən iş vaxtı baş verib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Digər xəbərlər
loading...