Bu gün PKK terror təşkilatının Suriya qolu PYD/YPG Tel-Rifat şəhərini Suriya ordusuna təhvil verib
APA-nın məlumatına görə, bu barədə bu gün "Fars" agentliyi məlumat yayıb.
Agentliyin məlumatında qeyd edilir ki, hazırda Tel-Rifat şəhəri Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələrin tam nəzarəti altındadır.
Qeyd edək ki, martın 27-də Türkiyənin aparıcı KİV-ləri Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat rayonunu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün əməliyyata başladığı və həmin gün Tel-Rifat şəhəri də daxil olmaqla, rayonun nəzarət altına götürüldüyü barədə məlumat yayılıb. Ancaq məlumat təsdiqini tapmayıb.
Digər xəbərlər
loading...