Almaniya istehsalı olan “Tornado” hərbi təyyarələri NATO-nun əməliyyatları çərçivəsində döyüş tapşırıqlarını yerinə yetirə bilmir
Virtualaz.org “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Nazirlik qeyd edir ki, 93 təyyarənin hamısı təcili yenilənməlidir. Belə ki, hələ 1980-ci illərdə onlara quraşdırılmış elektron sistemlər olduqca köhnəlib və hər hansı müdafiə sistemindən məhrumdur. Bu isə qarşı tərəfin danışıqları dinləməsinə şərait yaradır.
Hazırda “Tornado” təyyarələri Suriyada və İraqda İŞİD-ə qarşı NATO əməliyyatlarında iştirak edir.
Digər xəbərlər
loading...