ABŞ-da sahibinə 521 milyon dollar uduş gətirəcək lotereya bileti satılıb
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, "Mega Millions" lotereyasının 521 milyon dollar uduş gətirəcək bileti dünən Nyu-Cersi ştatının Morris dairəsində yerləşən "Lukoil" şirkətinin yanacaqdoldurma məntəqəsində satılıb.
Uduşun sahibi hələ ki, elan edilməyib.
"Mega Millions" tarixində ən böyük uduş 2012-ci ildə 656 milyon dollar olub. Həmin vaxt bu uduşun sahibləri İllinoys, Kanzas və Merilend ştatlarının sakinləri olub və uduş 3 nəfər arasında bölünüb.
Digər xəbərlər
loading...