Şəki Regional Perinatal Mərkəzində 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı əməliyyat yolu ilə ana olandan sonra dünyasını dəyişib
Hadisə ilə bağlı Şəki rayon Prokurorluğundan Lent.az-a bildirilib ki, T.Məmmədova martın 28-də Şəki Regional Perinatal Mərkəzinə qəbul olunаraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağını dünyaya gətirib. Lakin əməliyyatdan sonra səhhəti pisləşən Türkan Məmmədova görülmüş müalicə tədbirlərinə baxmayaraq martın 31-də həmin mərkəzdə vəfat edib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) cinayət işi başlanmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri keçirilərək məhkəmə tibbi ekspertizası təyin edilib. (lent.az)
Digər xəbərlər
loading...