Ticarət mərkəzində çoxsaylı insanın ölümü ilə nəticələnən yanğının baş verdiyi Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə postunu tərk edir
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə bazar günü regional administrasiyanın məlumatında deyilir.
“Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib”, — deyə vilayət administrasiyasının mətbuat xidməti bildirib.
“Zimnaya vişnya” ticarət mərkəzində yanğın martın 25-də baş verib. Faciə nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.
Digər xəbərlər
loading...