“Kibermüharibəni önləyə biləcək heç bir hüquqi əngəl yoxdur”
DTK rəhbərlərindən biri vaxtilə dünyanı gözləyən təhlükə barədə xəbərdarlq edibmiş; Onun vaxtilə Rusiya üçün qorxduğu iş indi ABŞ-ın başına gəlir
Vladimir Rubanov - bu adı yalnız təhlükəsizlik sahəsində çalışan çevrələr yaxşı tanıyır. Ötən əsrin 80-ci illərində Rubanov DTK-nın İnformasiya-analitik idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Hazırda isə o, “İnteltek” elmi araşdırma mərkəzinin rəhbəridir.
V. Rubanov “Time” jurnalının icmalçısı Saymon Şusterə verdiyi müsahibədə hələ keçən əsrdə, yəni SSRİ mövcud olduğu zamanda kiber müharibələrin doğuracağı təhlükələr barəsində ölkə rəhbərliyinə məruzələr etdiyini bildirib.
Vladimir Rubanov həmin vaxt SSRİ-nin əsas rəqibi sayılan ABŞ-ın virtual məkanda dövlətin təhlükəsizliyinə ciddi təhdid yaradacağı ehtimalını irəli sürdüklərini qeyd edir.
“Deyəsən, hər şey tərsinə dönür. İndi ABŞ-ın özünün həyati önəm daşıyan infrastrukturu təhlükə altındadır. Federal Təhqiqat Bürosu və Daxili Təhlükəsizlik Nazirliyinin məlumatlarına görə, Rusiya hakerləri ABŞ-dakı elektrik stansiyalarının maşın zallarına rahatca daxil olub, orada hətta elektrik ayırıcıları xətdən qoparmağa belə qadir olduğunu nümayiş etdirirlər.
V.Rubanov məhz bu cür hücumlar barədə tam 20 il öncə qorxularını dilə gətirdiyini ifadə edib.
Lakin o, bu fərziyyələrini SSRİ üçün üçün irəli sürübmüş.
Hazırda Rusiya hökuməti üçün kibertəhlükəsizlik məsələləri barədə məsləhətçilik edən Rubanov ehtiyat tədbirlərinin artıq amerikalılar tərəfindən görülməli olduğu qənaətindədir.
DTK ləğv olunduqdan sonra V. Rubanov Rusiya Federasiyası Təhlükəsizlik Şurasında çalışmağa başlayıb. O, həmkarları ilə bilrikdə kiberməkanda güc tətbiqi ilə bağlı qaydaların işlənib hazırlanması ilə məşğul olub.
“Əsas vəzifə kiberməkanda suveren dövlətlərə qarşı hücumların yasaqlanması ilə bağlı beynəlxalq paktın hazırlanmasından ibarət idi. Ümid edirdik ki, bu qaydalar BMT səviyyəsində qəbul olunaraq beynəlxalq hüququn tərkib hissəsinə çevriləcək.
Lakin bütün bu cəhdlər boşa çıxdı. Çünki həmin vaxtlarda dünyanın yeganə supergücü sayılan ABŞ bu məsələdə maraqlı olmadı.
Hər bir ölkə təhlükəsizliyi üçün təminat istər, lakin bunun digər ölkələrə şamil olunmasını arzulamaz. İndi biz elə nöqtədəyik ki, heç kim özünü təhlükəsiz hiss etmir”, - Rubanov Şusterə deyib.
Yazıda Vladimir Putinin hakimiyyətinin ilk dövrlərində Rusiyanın texnoloji cəhətdən geri qaldığını nəzərə alaraq ABŞ-la kiberməkan üzrə sülh anlaşması bağlamaq istədiyi fikri irəli sürülür.
ABŞ diplomatlarının 2009-cu ilin martında göndərdikləri diplomatik məktublarındadan Rusiyanın bununla bağlı ciddi cəhdlər etdiyi ortaya çıxıb. Lakin həmin dövrdə Dövlət Departamentinin kibernetik məsələlər idarəsinin rəhbəri Mişel Markof Rusiyanın təkliflərini rədd edib. Mişel Markof Rusiyaya “öz qorxu və təlaşını müdafiəsini gücləndirmək yolu ilə yatırmağı” məsləhət görüb. Yəni ruslara diplomatik dillə müharibəyə hazırlaşmalı olduğunu söyləyib.
“Putin də elə məhz bunu etdi. İndi yarım il ərzində Rusiyanın kiber ordularına aid edilən yeni hücumlar ortaya çıxan kimi ABŞ-ın rəsmi şəxsləri və ekspertləri kibermüharibənin aparmağın qaydaları barədə beynəlxalq sazişdən dəm vurmağa başlayıblar”, - Şuster yazır.
Məqalədə Rusiyanın Təhlükəsizlik Şurasında oturan şəxslərin artıq kiber vasitələrə savaşda rəqibə endiriləcək ən ucuz və effektiv zərbə olaraq baxdığı üçün bu çağırışlara qulaq vermədiyi bildirilir.
“Onlar çətin ki, bu vasitələrdən vaz keçsinlər. Üstəlik, bunları qadağan edəcək hər hansı hüquq norması da mövcud deyil”, - jurnalist qeyd edib.(Musavat.com)
Digər xəbərlər
loading...