Azərbaycandan Türkiyəyə 130 min manat dəyərində qızıl-zinət əşyaları və 190 min dollar pulu qaçaqmalçılıq yolu ilə aparmaqda təqsirləndirilən dəstə üzvləri – İlqar Əbilov, Elvin Yusubov, Rəşad Nəsibov və Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsinin əməkdaşı Kamran Əhmədov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər
“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən şəxslər cəzalarının yüngülləşdirilməsini istəyirlər.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətlərinin yaydığı məlumata əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda, yəni 190 min ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları Elvin Yusubov, Rəşad Nəsibov, İlqar Əbilov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Daha sonra onların barələrində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Əhmədov 5 il 6 ay, R.Nəsirov, İ.Əbilov və E.Yusubovun isə hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.
Digər xəbərlər
loading...