ABŞ Federal Ticarət Komissiyasının texnologiya eksperti Lori Kranor əmindir ki, informasiya təhlükəsizliyinə çox ciddi yanaşan şirkətlərin əməkdaşlarının hər ay qarşılaşdıqları parolları dəyişdirmək zərurəti əslində məlumatların qorunma səviyyəsini azaldır.
Ekspertin bu yaxınlarda təqdim etdiyi məruzənin mahiyyəti ondan ibarətdir ki, adamlar, xüsusilə məcburiyyət qarşısında qaldıqda, hər ay mürəkkəb və yadda yaxşı qalan parol fikirləşə bilmirlər. Belə olan halda onlar sadə simvol birləşmələrindən istifadə edirlər ki, bu da kiberoğrunun işini asanlaşdırır.
ABŞ Federal Ticarət Komissiyasının çıxardığı nəticəni informasiya təhlükəsizliyi sahəsində başqa ekspertlər də təsdiq edirlər. Onlar yekdilliklə bildirirlər ki, parol nə qədər tez-tez dəyişilərsə, sonda bir o qədər sadə olur.
Mütəxəssislərin fikrincə, parolları dəyişmək lazımdır, lakin bunu hazırda IT sahəsində qəbul olunduğu kimi tez-tez etmək lazım deyil. Habelə köhnə parola sadəcə hansısa simvolu əlavə etmək olmaz – bu, parolu etibarsız edən pis təcrübədir. (azərtac)
MilliYol.Az
Digər xəbərlər
loading...