İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola klubdan ayrılmaq arzusundan danışıb
"Report"un məlumatına görə, o, açıqlamasında ötən mövsüm İngiltərə təmsilçisini tərk etmək istədiyini söyləyib.
"Fikirləşdim ki, bu komandadakı taktikam işləmədiyinə görə istefa verməliyəm. Həmin vaxt nəticələrdən narahat idim. Bu vəziyyəti yaxşılaşdırmaq üçün nələr edə biləcəyimi düşündüm. Belə fikirlər hər bir məşqçi üçün normaldır. Əks halda uğur qazana bilmərik", - X.Qvardiola deyib.
Qeyd edək ki, "Mançester Siti" klubu 2016/17 mövsümünü 3-cü pillədə başa vurub. Komanda cari mövsüm turnir cədvəlində I pillədə qərarlaşıb və ən yaxın izləyicisi "Mançester Yunayted"dən 16 xal öndədir.
Digər xəbərlər
loading...