Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və ABŞ prezidenti Donald Tramp telefon söhbətində Suriya,İraqdakı vəziyyəti və terrora qarşı mübarizəni müzakirə edib
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin prezident administrasiyasından olan mənbə açıqlama verib.
“Telefon söhbətində hər iki lider ABŞ və Türkiyə münasibətlərində müttəfiqlik prinsiplərinə sadiq qaldıqlarını ifadə edib” deyə mənbə bildirib.
ABŞ-ın Suriyada kürd yaraqlıları silahlandırmasından sonra Vaşinqtonla Ankara arasında soyuq yellər əsib. Ankara ABŞ-ın silah-sursatla təchiz etdiyi YPQ/PYD-ni PKK terrorçu qruplaşmasının bir qanadı hesab edir.
Vaşinqton “Suriya demokratik qüvvələrini” İŞİD-ə qarşı mübarizə məqsədi ilə silahlandırdığını bildirir.
Digər xəbərlər
loading...