Fələstin lideri Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib
APA-nın məlumatına görə, bu barədə Fələstinin “Wafa” agentliyi xəbər verib.
Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb, yüzlərlə insan xəsarət alıb.
Qeyd edək ki, ötən gün Qəzza zolağında "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər. 30 mart Fələstin torpaqlarının işğalı ilə bağlı “Torpaq günü” kimi qeyd olunur.
Eyni zamanda Qəzza zolağında “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.
Digər xəbərlər
loading...