Yaşadığımız XXI əsrdə müasir qadın obrazı özünə inamın, inkişafın, gözəllik və sağlamlığın mücəssəməsidir. Lakin planetimizdə yaşayan 3,3 milyard qadının əksəriyyəti zorakılıq, izolyasiya və irqi-ayrı seçkiliyə məruz qalır.
Beynəlxalq ekspertlər tərəfindən qadınların yaşaması üçün 10 ən təhlükəli ölkələri təqdim edirik.
İraq
Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraq qadınlar üçün əsl cəhənnəmə çevrilib. Nə vaxtsa ərəb ölkələri arasında yüksək savadlılıq dərəcəsinə malik olan İraqda hazırda ən aşağı yerlərdən birində dayanır. 2014-cü ilin sonunda İŞİD döyüşçüləri seks-cihadda iştirak etməkdən imtina edən 150-ə yaxın qadını edam etdirib.
Pakistan
Pakistanın bəzi rayonlarında zorlama qadınlar üçün bir cəza növüdür. Ailədə qadına qarşı baş verən zorakılıq əleyhinə, heç bir qanun-qayda yoxdur. Ona görə də, ölkədə yaşayan qadınların 90 faizi bu problemlə üzləşir və onlardan 82 faizi kişilərdən az qazanır.
Hindistan
Hindistanda yaşayan qadınların 39 faizi QİÇS virusunun daşıyıcısıdır. Hindistan qadınlarının təxminən 70 faizi isə ailədə baş verən zorakılığın qurbanlarıdır. Hindistanda hər 3 dəqiqədən bir qadınlara qarşı cinayət baş verir. Hər 29 dəqiqədən bir isə qadınlar zorlanır. Məsələn, ötən əsrdə 50 milyon qız qətlə yetirilib. 100 milyon qız və qadın insan ticarətində istifadə olunub. Qızların 44,5 faizi 18 yaşı tamam olmamış ərə verilir.
Somali
Somalinin paytaxtı Moqadişoda baş verən vətəndaş müharibəsi qadınların da vəziyyətini kökündən dəyişib. Qızların 95 faizi 4-11 yaşında zorlanır. Qadınlar parlamentdə 7,5 faiz yer tutur. Somali qadınlarından 9 faizi tibbi müəssisədə uşaq dünyaya gətirir.
Mali
Dünyanın ən kasıb ölkələrindən biri də, Afrikada yerləşən Malidir. Demək olar, bu ölkə qadınlar cəhənnəm əzabı çəkir. Çünki burada sünnət olunmayan çox az qadın var. Qızların əksəriyyəti isə erkən yaşda ərə verilir, hər 10 nəfərdən biri isə doğuş zamanı vəfat edir.
Qvatemala
Qvatemalada qadınlar tez-tez ailədaxili zorakılığa məruz qalırlar. Bundan əlavə, dünyada ən çox QİÇS xəstəliyi məhz Qvatemalada yayılıb.
Sudan
Ölkədə bir neçə qanunlar qəbul olunsa da, qərbi Sudanda qadınların vəziyyəti dəyişməz olaraq qalır. Oğurluq, zorakılıq və ya zorla köçürülmə nəticəsində 2003-cü ildə Sudanda 1 milyondan çox qadın qətlə yetirilib.
Konqo Demokratik Respublikası
KDR-ın şərq hissəsində baş verən müharibələr 3 milyondan çox insanın həyatına son qoyub. Konqoda qadınlar da ön cəbhədə vuruşur. Onlar müharibə aparan tərəflərin birbaşa hücum və zorakılıqlarına məruz qalır. Ölkədə yaşayan qadınlar sərt reallıqlarla qarşılaşır: belə ki, Sudanda hər gün 1100 zorlama baş verir. 1996-cı ildə isə 200 min zorakılıq halı qeydə alınıb. Qadınların 57 faizi anemiyadan əziyyət çəkir.
Əfqanıstan
Orta hesabla əfqan qadınları 45 il ömür sürür. Onlar əfqan kişilərindən 1 il az yaşayır. 30 ildir davam edən müharibə və repressiyalar savadsız əfqan qadınlarından da yan ötüşməyib. Gəlinlərin yarıdan çoxsunun yaşı 16-dan aşağıdır. Hər yarım saatdan bir zahı qadın vəfat edir. Çünki qadınların 85 faizi övladını tibbi kömək olmadan dünyaya gətirir. Əfqanıstan ana ölmlərinin ən geniş yayıldığı ölkədir.
Çad
Çadda qadınlar faktiki olaraq hüquqsuzdur. Nikahların əksəriyyəti 11-12 yaşlı qızlarla bağlanır. Çadın şərqində yerləşən qaçqın düşərgəsində yaşayan sudan qadınları zorakılığın müxtəlif formaları ilə qarşılaşır. Düşərgədən kənarda isə onları silahlı qrup və banditlər izləyir.(Publika.az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...