Milli Məclisdə keçirilən ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda bəyanat qəbul olunub. Bəyanatı Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub
Bəyanatda deyilir: “1918-ci ilin mart-aprel aylarında Bakı sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırım cinayətlərindən 100 il keçir. O dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik-dini mənsubiyyətinə görə məhv edilməsi, yaşayış məntəqələrinin dağıdılması, mədəniyyət abidlərinin, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan edilməsi “Böyük Ermənistan” xülyası naminə erməni şovinistlərinin xalqımıza qarşı mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən birini təşkil edir. Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar, daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda və İrəvanda və Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. 100 minlərlə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olub”.
Bəyanatda Dağlıq Qarabağın ermənilərin tərəfindən işğalı vurğulanıb, insanların qətlə yetirildiyi, işgəncələrə məruz qaldığı bildirilib.
Milli Məclis beynəlxalq təşkilatlara, dünya dövlətlərinə müraciət edərək qeyd edib:
1.Gələcəkdə erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri soyqırım cinayətlərinin tanısınlar.
2. Gələcəkdə soyqırım cinayətlərinin cəzasız qalmamasının təsirli beynəlxalıq hüquq nexanizmlərinin yaradılması işini başa çatdırsınlar.
3. Azərbaycan xalqına qarşı yeni soyqırım cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqaşisənin beynəlxalq hüquq nprmaları və prinsipləri xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə kömək göstərsinlər.
Bəyanat səsverməyə çıxarılaraq qəbul olunub.
Digər xəbərlər
loading...