"Qoy məni öldürsünlər, amma bu cür yazıb o ləkəni yaxmasınlar. Kim də yazırsa, onu Allaha tapşırıram. Guya, kiminsə ailəsini dağıtmışam. Bu, mənim üçün çox böyük ləkədir"
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Naibə Allahverdiyeva ARB TV-nin “Səhər-səhər” verlişində deyib.
Aktrisa heç kimin ailəsini dağıtmadığını deyib. O bildirib ki, ailə quranda qayınanası ona oğlunun ayrıldığını deyib:
"Ola bilsin ki, bu bəzi insanlar üçün fərq etmir. Özümün ailəm dağılıb, mən uşaq ikən atam anamla ayrılıb. Bunların hamısını yaşamışam. Hələ həyat yoldaşımın ayrılıq kağızını görə-görə kəndə gedib qayınanamdan soruşdum ki, sənin oğlun doğrudan ayrılıb? Qayınanam mənə dedi ki, qızım, bunlar 10 ildir ayrılıb, oğlum subaydır. Ondan sonra ailə qurdum. Həyat yoldaşımın birinci arvadı açıqlamalr verir. Yalandır... Ortada bir ev məsələsi var. Qayınatamın bir evi var idi, ondan xəbərsiz sökülüb. Həmin qadın da sökülən evdə qalırdı. Qayınatamın özünün evi yoxdur, həmin qadına verib. Qadın mənə deyir ki, kömək etməsən, səni biabır edəcəm. Məni şantaj edir ki, hər yerə yayacam ailəmi dağıtmısan".
Digər xəbərlər
loading...