“200 ilə yaxın bir müddətdə soyqırıma məruz qalan xalqın mükəmməl soyqırım memorial kompleksi olmalıdır”
Bunu Milli Məclisdə Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda çıxış edən deputat Rafael Cəbrayılov deyib.
O bildirib ki, 200 ilə yaxın müddətdə ermənilərin soyqırımı əməlləri 1948-ci ilin dekabrında qəbul olunan beynəlxalq konvensiyaya və bunun əsasında Cinayət Məcəlləsində əksini tapan maddəyə uyğundur: “Bu soyqırımıları qəddarlığa görə klassik soyqırımılarından fərqlənir. Hər dəfə ermənilər daha qəddar adam öldürmə üsulundan istifadə edir, meyitlərin üzərində işgəncələr həyata keçirirdi. Bu tarixdə erməni soyqırımı əlamətlərdirir”.
Deputat bildirib ki, indi əsas məqsəd 200 il ərzində törədilən soyqırımını dünyaya tanıtmaq naminə daha çox işlər görmək olmalıdır: “Bununla bağlı əsərlər yazılıb, təhqiqatlar aparılıb. Prezidentin elə bir çıxışı yoxdur ki, erməni soyqırımının ifşası haqqında danışmasın. Siz də mənimlə razılaşarsınız ki, fəaliyyət peşəkarcasına aparılanda daha böyük uğurlara nail olmaq mümkündür. 200 ilə yaxın bir müddətdə soyqırımına məruz qalsaq da, Qubada olan memorial kompleksi istisna olmaqla, nə digər abidə, nə də soyqırımı muzeyimiz var. Azərbaycana gələn rəsmilər ümummilli lider Heydər Əliyev və Şəhidlər Xiyabanını ziyarət edir. Bu çox gözəl haldır. Fikrimcə, Şəhidlər Xiyabanı bazasında soyqırımı muzeyi və ya abidə yaradıla bilər. Buna Şəhidlər Xiyabanının daha çox haqqı var. Çünki 1918-ci ildə öldürülən soydaşlarımızın bəzisi orada dəfn edilib”.
Deputat Rafael Hüseynov isə həmkarının təklifinə cavab olaraq deyib ki, Azərbaycanda Soyqırımı Muzeyinin yaradılması istiqamətində işlər aparılır. “Hesab edirəm ki, yaxın vaxtlarda Azərbaycanda Soyqırımı Muzeyi yaradılacaq”.(Musavat.com)
Digər xəbərlər
loading...