“Azərbaycan Demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadəyə lazımi qiymət vermirik. Ancaq erməni daşnak Njdeyə heykəl qoyanda deyirik ona niyə abidə ucaldıblar”
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Məmməd Əmin Rəsulzadə ADR-in ideoloji lideri və qurucularından olsa da, müasir Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyevdir: “Ancaq nədənsə M.Ə.Rəsulzadəyə münasibət fərqlidir. Onun adının əbədiləşdirilməsi istiqamətində işlər getmir və ya buna qısqanclıqla yanaşılır. Hətta onun Novxanıdakı ata ocağı uşaq baxçası kimi fəaliyyət göstərir. Niyə onu muzeyə çevrimirik? Öz əlimizdə olan işləri görmürük, lakin ermənilər Njdeyə abidə qoyanda başlayırıq qışqırmağa ki, niyə ona abidə qoyurlar? Belə yanaşma olmaz axı”.
Digər xəbərlər
loading...