Türkiyə Suriyada terrorçularla danışıqlar aparmaq niyyətində deyil
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın Fransa prezidenti Emmanuel Makronun Ankara ilə PYD silahlıları arasında Parisin vasitəçi kimi çıxış edə biləcəyi barədə açıqlamasına cavab olaraq deyib.
İ.Kalın vurğulayıb ki, Türkiyə müttəfiq ölkələri terror təşkilatlarına münasibətdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırır.
Onun sözlərinə görə, Suriyadakı terrorçularla bağlı Türkiyənin mövqeyi tamamilə aydındır.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri martın 18-də iki aya yaxın davam edən “Zeytun budağı” əməliyyatı nəticəsində Suriyanın Afrin rayonunu PYD və YPG terrorçularından azad etmişdi.(Trend)
Digər xəbərlər
loading...