Xristianların baş ruhanisi, Papa I Fransisk xristian dini ehkamlarını alt-üst edəcək maraqlı bir fərziyyə irəli sürüb
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Papa I Fransisk təktanrılı dinlərdə əsas atributlarından sayılan cəhənnəmin olmadığını iddia edib.
Məsələ ilk dəfə İtaliyanın “La Reppublica” qəzetində dərc olunan məqaləsindən sonra ortaya çıxıb
Mövzu o qədər şişib ki Vatikan açıqlama verməyə məcbur olub. Açıqlamada “Həmin məqalədə sitat olaraq dırnaq içində verilən ifadələr Papanın sözlərinin hərfən anlaşılması demək deyil”, – deyə bildirilib.
“La Reppublica”nın təsisçisi və keçmiş baş redaktoru Euceniyo Skalfari daha öncələr olduğu kimi, Papa ilə söhbətini qəzetdə yayımlayıb. İtaliyanın, o cümlədən dünyanın ən tanınmış media isimlərindən sayılan Skalfari ateist olmasına rəğmən özünü Papanın yaxın dostu kimi qələmə verir.
Müsahibə ruhani liderin yaşadığı Vatikandakı Santa Marta qonaq evində baş tutub.
Müsahibənin ən diqqət çəkən məqamlarından biri də Papanın yaradılış, cənnət və cəhənnəmlə bağlı sözləri olub.
E.Skalfarinin dediyinə görə, bu mövzu üzərində dialoq aşağıdakı kimi keçib:
“Skafari: “Öncəki görüşümüzdə insanlığın yox olacağını və Tanrının başqa varlıqlar yaradacağını söyləmişdiniz. Günah içində ölən və sonsuza qədər cəza çəkmək üçün cəhənnəmə gedən ruhlardan bəhs etmədiniz. Yalnızca yaxşı ruhların Tanrının lütfünə icazə veriləcəyini bildirdiz. Bəs pis ruhlar? Onlar harada cəzalandırılacaqlar?
Papa: Cəzalandırılmayacaqlar, tövbə edənlər Tanrı tərəfindən bağışlanacaq və onu təfəkkür edənlərin arasına gedəcək. Tövbə etməyənlər və buna görə bağışlanmayanlar yox olacaq. Cəhənnəm yoxdur, günahkar ruhların yox olması var.
Məhz bu ifadəyə görə, Vatikan xüsusi açıqlamasında məsələnin fərqli oladuğunu iddia edib. Açıqlamada Papanın Pasxa günlərində jurnalisti qəbul etdiyi doğrulanıb, lakin ona hər hansı bir müsahibə verilmədiyi bildirilib. Bundan başqa, Papanın sözlərinin məzmun olaraq təhrif olunduğu qeyd olunub.
Xəbərlərdə E. Skalfarinin daha öncələr də Papa ilə sərbəst olaraq görüşdüyü və həmin söhbətlərin böyük mübahisələrə səbəb olduğu bildirilir. 93 yaşlı Skalfarinin pontifiklə dialoqlarını diktafona yazmaması da onun Papanın ifadələrini təhrif etdiyi şübhələri daha da artırıb.
Lakin Papanın daha öncələr bəzi ayinlərdəki söylədiyi cümlələr də dindarlar arasında narazılıq yaradıb.. Məsələn, I Fransisk nitqlərinin birində “ Sonsuz lənət işgəncə otağı deyil. Sonsuz lənət daima Tanrıdan uzaqlaşmaqdır” ifadəsi böyük səs-küy yaradıb.
Roma Papasını yaradılışla, habelə Adəm və Həvvanın cənnətdən qovulması ilə əlaqədar ifadələri əsl sensasiya yaradıb.
Skalfari “ OnlarIn cənnətdən qovulması, əslində yaradılışları deməkdirmi? Yaradılış bumudur?” sualına Papa belə cavab verib:
“Yaradılış bu şəkildə gerçəkləşməz. Yaradıcı, yəni Tanrı, bütün kainatı və enerjini yaradıb. Bu enerji isə Tanrının Yer kürəsi, dağları, dənizi, ulduzları, qalaktikaları və canlıları, atom zərrələrini yaratmaq üçün istifadə etdiyi alətdir”.
Papanın bu sözlərini xristian dini xadimlər arasında bidət olaraq qiymətləndirənlər tapılıb.
Daha öncələr də I Fransiskə yönəlik sərt tənqidlərlə tanınan jurnalist Antonio Soççi pontifiki azğın tezislər irəli sürməkdə günahlandırıb.
Soççi bütün yepiskop və kardinalları Papaya qarşı qalxmağa çağırıb və “Bu cür bidət fikirləri yayan insan necə papa ola bilər?” deyə müraciət edib.
Xristian dindarları hiddətləndirən əsl məsələ papanın əvvəllər də olduqca böüyk mübahisələrə səbəb olan sözlərinin həmişə Skalfariyə verdiyi müsahibələrdə ortaya çıxmasıdır. Onlar pontifikin sözlərinin təhrif olunmadığını, əksinə, tamamilə doğru olduğunu iddia edirlər.
Digər xəbərlər
loading...