Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) hava şəraitindəki kəskin dəyişikliklə bağlı əhaliyə xəbərdarlıq edib
Modern.az saytının əməkdaşı mövzunu davam etdirmək, əhalinin narahatlığı ilə bağlı suallara cavab almaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədova müraciət edib.
Salamlaşıb hal-əhval tutduqdan sonra Ramiz Məmmədova küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər bu kimi suallar ünvanlayıb. O isə suallara cavab vermək əvəzinə Azərbaycan jurnalistlərinin ünvanına təhqirlər yağdırmağa başlayıb və telefonu qapadıb.
İnstitut direktorundan gözlənilməz münasibəti aydınlaşdırmaq üçün saytın əməkdaşı yenidən ona zəng edib. Ramiz Məmmədovun bu dəfə söylədikləri daha da sərt olub: “Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur”.
Onun dediklərinin ayıb olduğunu bildirdikdə isə “bayaq “küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər. Elə beləcə də yaz!” - institut direktoru söyləyib.
Cəmiyyətə nümunə olacaq elm ocağının rəhbəri, akademik titulu daşıyan şəxs nalayiq sözləri deyib, telefonu qapadıb…
Digər xəbərlər
loading...