Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ tərəfindən diplomatik qarşıdurmaya qarşı cavab addımları atılacaq
Trend-in məlumatına görə, Lavrov cavab addımlarının eyni ölçülü olacağını deyib.
"Çıxarılan rus diplomatlarının sayı qədər buradan xarici diplomat çıxarılacaq", - Lavrov bildirib.
Qeyd edək ki, Rusiya ölkədən 60 xarici diplomatı çıxarır, onlar ölkə ərazisini aprelin 5-ə qədər tərk etməlidirlər.
Bundan başqa, ABŞ-ın Sankt-Peterburq şəhərindəki baş konsulluğu bağlanacaq.
Xatırladaq ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 20-dən çox ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.
Digər xəbərlər
loading...