Bakıda müşahidə edilən güclü külək nəticəsində bu gün şəhərin müxtəlif yerlərində 5 ağac aşıb
Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, Bakının Xətai rayonunda şam və qovaq, Binəqədi rayonunda göyrüş, Yasamal rayonunda qovaq və sərv ağacları aşıb.
Şöbə rəisi aşan bütün ağacların sağlam, inkişafda olan hündür ağaclar olduğunu söyləyib.
Ağacların aşmasının birbaşa güclü küləklə əlaqəli olduğunu deyən O.Məmmədovun sözlərinə görə, Bakının iqlimi və torpağı burada bütün ağacların əkilməsinə imkan vermir. Bakıda güclü küləklər əsdiyindən burada əkilən ağacların hündürlüyü də 6-7 metrdən çox olmamalıdır:
"Eyni zamanda, Bakının torpağı münbit olmadığından burada ağaclar möhkəm kök ata bilmirlər. Buna görə də Bakıda ən yaxşı halda zeytun ağacları əkilməlidir”.
O.Məmmədov onu da əlavə edib ki, bayram günlərində əsən güclü küləklə əlaqədar şəhərin müxtəlif yerlərində 30 ağac aşmışdı.
Digər xəbərlər
loading...