“Məni tanıyanlar bilir ki, bu yaşa qədər heç kəsin pisliyini istəməmişəm, heç kimin də paxıllığını çəkməmişəm”
Axşam.az-ın məlumatına görə, bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib. Sənətçi haqqında yayılan xəbərlərə cavab verib.
O, xına evi açan müğənnilər Rahidə Baxışova və Xatun Əliyeva ilə paxıllığa görə münasibəti kəsməsi xəbərinə etiraz edib:
“Bu dünyada heç kim var-dövləti aparmayacaq. Çalışın bu dünyada yaxşılıq edin ki, arxanızca rəhmət oxusunlar. Ruzunu da verən Allahdır. Şükür bu günümə, zəhmətimlə hörmət qazanmışam. Amma nəyə görəsə son günlər məni insanların gözündə alçaltmaq istəyirlər. Xalqın gözü tərəzidir, bilirlər kim kimdir. Allah hər kəsin ürəyinə görə versin”.
Qeyd edək ki, R.Baxışova xına evi açdıqdan sonra Fatimənin onunla soyuq davrandığını bildirib. Bundan əvvəl isə Fatimə ilə Xatun arasında xına evi üstündə qalmaqal yaşanmışdı.
Digər xəbərlər
loading...