Gəncədə polisi döyən şəxs saxlanılıb
APA-nın xəbərinə görə, Kəlbəcər Rayon Polis Şöbəsinin post-patrul xudmətinin əməkdaşı, 1991-ci il təvəllüdlü Alışanov Səttam Azad oğlunu döyərək müxtəlif xəsarətlər yetirən şəxsin Kəlbəcər sakini, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış Nahid Səyyadov olduğu müəyyənləşib. Məlum olub ki, Səttam Alışanov Nahid Səyyadovu saxlayıb, onu təhqiqata təqdim etdiyi üçün döyülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
* * *01:04
Kəlbəcər Polis Şöbəsinin əməkdaşı döyülüb. Hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı yeni yaşayış massivində qeydə alınıb.
Dava zamanı rayon Polis Şöbəsinin post-patrul nəfəri 1991-ci il təvəllüdlü Alışanov Səttam Azad oğlu döyülərək müxtəlif bədən xəsarətləri alıb. O dərhal xəstəxanaya çatıdırılıb.
Faktla bağlı hüquq-mühafizə orqnaları tərəfindən araşdırma aparılır. (APA)
Digər xəbərlər
loading...