Türkiyənin “Zeytun budağı” əməliyyatı çərçivəsində ələ keçən PKK-YPG terrorçuları məhkəmədə ifadə verib
Axar.az xəbər verir ki, terrorçular Raco və Cinderes bölgələrinin azad edilməsi ilə təşkilat daxilində çökmə prosesinin başladığını etiraf edib.
“5 il ərzində Raco və Cinderesdə texnikalarla tunellər qazıldı. Qruplaşma rəhbərləri “Raco və Cinderesi itirmək Afrini itirməkdir, bu əraziləri itirsək türk əsgərini dayandıra bilmərik” deyirdilər. Buna görə də güclərinin 75-80 faizlik hissəsini oraya yığmışdılar. Əməliyyatdan 5 gün əvvəl Cinderesdə toplantı keçirən YPG-nin “Dərviş Afrinli” kod adlı hərbi əməliyyatlar üzrə komandiri təxminən 1500 YPG mənsubuna “Varımız-yoxumuz Raco və Cinderesdədir, burada türk əsgərinə ağır zərbə vuraraq Afrinə girməklərinə əngəl olacağıq” dedi. Ancaq ilk qaçan da özü oldu”, - saxlanılan terrorçu Baver Bağır deyib.
Terrorçular həmçinin Raco və Cinderesin itirilməsinin domino effekti yaratdığını və ərazidə 1200-dən çox YPG üzvünün öldürüldüyünü bildiriblər.
Digər xəbərlər
loading...