Çin Ticarət Nazirliyi ABŞ-la ticarət “savaşı” olması ehtimalında milli maraqlarını qorumaq üçün bu “savaşda” sona qədər gedəcəklərini açıqlayıb
“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, nazirliyi sözçüsü Qap Finq ABŞ-ın Çinə tətbiq etdiyi 60 milyard dollarlıq əlavə gömrük vergisinin qəbuledilməz olduğunu deyib:
“ABŞ-ı təktərəfli hərəkət etməkdən imtina etməlidir. Bu addım dünyada ticarət tendensiyasına mənfi təsir edəcək. Bu, “soyuq müharibə” düşüncəsidir və qalibi olmayan oyundur. Qərarlarından dönməzlərsə, biz də milli maraqlarımızı sonuna qədər qoruyacağıq”.
Q.Finq bərabər şərtlərdə müzakirələr aparılacağı təqdirdə, hər iki tərəfin fayda əldə edə biləcəyi həll yolunun tapılmasının mümkün olacağını bildirib.
Qeyd edək ki, ABŞ-ın 25 faiz əlavə gömrük vergisi tətbiq edəcəyi Çin məhsullarının siyahısının yaxın günlərdə açıqlanacağı gözlənilir. Çin də buna cavab olaraq ABŞ-dan idxal edilən 128 adda məhsula 15 və 25 faiz iki fərqli əlavə gömrük faizi tətbiq etməyi nəzərdən keçirir.
Digər xəbərlər
loading...